Boks

3 ay əvvəl ölmüş boksçunu diskvalifikasiya etdilər

Böyük Britaniyanın Antidopinq Agentliyi (UKAD) boksçu Moises Kallerosa 4 il müddətinə qadağa qoyub.

Aut.az xəbər verir ki, qurumun mətbuat xidməti məlumat yayıb  ki, idmançının analizində kokain aşkar edilib. Nümunə 2023-cü ilin aprelində Qalal Yafaiyə məğlubiyyətdən sonra götürülüb.

Amma məsələ burasındadır ki, Kalleros 2024-cü ilin martında vəfat edib.

“Meksikalı boksçu Moyser Kallerosun ölüm xəbərini onun dopinq testi haqqında məlumat dərc edildikdən sonra aldıq. Təəssüf ki, dərc olunan vaxt onun ölümü ilə bağlı məlumatımız yox idi. Biz bu işlə bağlı bütün məlumatları verilənlər bazasından siləcəyik”, – UKAD izah edib.

Aut.az