Onun kimi boksçu heç vaxt olmayacaq – Tayson kimi deyir?
Əfsanəvi amerikalı Mayk Tayson üçqat mütləq dünya çempionu olmuş məşhur super-ağır çəkili boksçu Məhəmməd Əli haqqında fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, o, əfsanə haqda bu sözləri deyib:
“Elə bir insan yoxdur ki, Məhəmməd Əli kimi olsun, belə bir boksçu bir daha olmayacaq. O, hamını geridə qoydu. O bir yırtıcı idi, amma Əli boksçudan çox modelə bənzəyirdi.
Bu, həddindən artıq xüsusi bir boksçu idi. Ən yaxşısı. Heç kim Əlini məğlub edə bilməzdi. Mən onu məğlub edərdim? Xeyr! Qətiyyən yox”, – deyə ayson bildirib.
Aut.az
