İslam Coşuanı Dağıstana dəvət etdi: Bu cavabı aldı
Hazırkı UFC çempionu (77 kq-a qədər), 34 yaşlı İslam Mahaçev britaniyalı peşəkar boksçu və IBF, WBA, WBO və IBO versiyalarında sabiq çempion Entoni Coşuanı Dağıstana dəvət edib.
Aut.az xəbər veririk, Mahaçev sosial mediada paylaşdığı videoda Entoniyə müraciət edib: “Gəlməlisən, qardaş”.
“Yalnız iki-üç həftəlik, iki-üç illik yox”, – deyə Coşua zarafatla cavab verib.
Dekabrın 20-də Entoni Ceyk Pol ilə rinqi bölüşdü və altıncı raundda qalib gələrək amerikalı idmançı və bloqçunu nokaut etdi. Bir neçə gün sonra britaniyalı idmançı dostları və məşqçiləri ilə birlikdə Nigeriyaya uçdu və iki yoldaşının həyatına son qoyan ölümcül avtomobil qəzasına düşdü.
Aut.az
