40 yaşında niyə formada olduğunu açıqladı
Amerikalı ağır çəkili boksçu Deonte Uaylder bir sıra məğlubiyyətlərinə baxmayaraq, 40 yaşında ən yüksək formasında olduğunu hesab edir.
Aut.az xəbər verir ki, o, Aleksandr Usiklə döyüşməyə hazır olduğunu da bildirir.
“Deyə bilərəm ki, mən top-formadayam, öz zirvəmdəyəm. Niyə? Çünki mən, hazırkı əksər boksçulardan fərqli olaraq, karyerama kifayət qədər gec başlamışam. Ciddi döyüşləri 21 yaşından sonra keçirmişəm”, – deyə Uaylder bildirib.
Gözlənilir ki, Uaylderin Usiklə döyüşü 2026-cı ilin ilk yarısında baş tutacaq.
Aut.az
