Boks

Onunla döyüşmək istəyir: Qəzəb çox adamı aldadır

Ağır çəkidə ikiqat dünya çempionu Entoni Coşua maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, o, Aleksandr Usik ilə revanş görüşündə qalib olub-olmamasından asılı olmayaraq, növbəti dəfə Tayson Fyuri ilə döyüşmək istədiyini söyləyib:

“Onun qalib olub-olmamasının mənim üçün heç bir əhəmiyyəti yoxdur. Mən sadəcə onunla döyüşmək istəyirəm. Qəzəb çox adamı aldadır. O, çox döyüşmür. Bununla məşğul olmalı, gəlib mənimlə döyüşməli və vaxtımı boş yerə sərf etməməlidir”.

Qeyd edək ki, Coşua sentyabrın 21-də IBF titulu uğrunda Daniel Duboys ilə döyüşəcək. Fyurinin isə dekabrın 21-də Alexander Usik ilə revanş görüşü olacaq.

Aut.az