Avropa Çempionatı

“Gürcüstan İspaniyaya da qalib gələcək”

SSRİ yığmasının veteran futbolçusu Revaz Çelebadze maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, o, Gürcüstan millisinin Avro-2024-ün 1/8 finalında İspaniya millisinə qalib gələcəyinə inanır:

“İspaniya çılğın komandadır. Amma gördüyünüz kimi hər kəs büdrəyə bilər. Futbol tanrısı sizin tərəfinizdədirsə, hər şeyə nail olmaq olar. Düşünürəm ki, Gürcüstan millisi DÇ-2018-də Rusiya kimi İspaniyanı penaltilər seriyasında məğlub edəcək”.

Qeyd edək ki, qarşılaşma iyunun 30-da, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Aut.az