Çempionluq kəmərini itirdi – VİDEO
Cənubi afrikalı boksçu Kevin Lerena (31-5, 15 KO) məcburi iddiaçı Riyad Merhiyə (36-3, 29 KO) məğlub olaraq WBC versiyası üzrə dünya çempionu titulunu itirib.
Aut.az xəbər verir ki, döyüş Belçikanın Şarlerua şəhərində yerləşən Dome arenasında keçirilib və bütün 12 raund davam edib. Merhi qarşılaşmaya daha yaxşı hazırlaşmış təsir bağışlayıb və xüsusilə döyüşün ikinci yarısında daha fəal olub. Nəticədə o, hakimlərin yekdil qərarı ilə qalib gəlib – 117:111, 116:112, 115:113.
Boksçular 2023-cü ilin mayında da üz-üzə gəlmişdilər. Həmin vaxt hakimlərin yekdil qərarı ilə qələbəni Lerena qazanmışdı.
Aut.az
🚨MERHY WINS BRIDGERWEIGHT TITLE
Ryad Merhy takes a decision win over Kevin Lerena in Charleroi to win the WBC Bridgerweight Title pic.twitter.com/ufPPiYdzKE
— Tokkerū (@ATokkers5) May 30, 2026
