Boks

Bütün dövrlərin ən varlı boksçusunun başı dərddə

Amerikalı boksçu Floyd Meyvezer yenidən maliyyə qalmaqalının mərkəzinə düşüb.

Aut.az xəbər verir ki, ABŞ-ın Vergi Xidməti (IRS) ona ödənilməmiş vergilərlə bağlı 7,3 milyon dollar məbləğində tələb irəli sürüb.

Söhbət 2018 və 2023-cü illərə aid vergi borcundan gedir. Mart ayının sonuna olan məlumata görə, borc hələ də ödənilməyib və boksçunun vəkili məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Əgər borc ödənilməzsə, vergi xidməti məbləğin tam bağlanmasına qədər Meyvezerin əmlakına iddia qaldıra bilər.

Bu, amerikalı idmançının karyerasında ilk belə hal deyil. Daha əvvəl də onun üzərinə əvvəlki illərə aid 10 milyonlarla dollar həcmində vergi borcları qoyulmuşdu.

Qeyd edək ki, Floyd Meyvezer “GiveMeSport”un hesabatına görə 400 milyon dollarlıq sərvətlə tarixdə ən varlı boksçular siyahısında ilk yeri tutub.