Taysona çağırış etdi: Bu döyüşə çıxmasan, kəməri təhvil ver
WBA, WBO və IBF üzrə ağır çəkidə dünya çempionu Aleksandr Usik (21-0, 14 KO) Tayson Fyurinin ilin sonuna qədər onunla döyüşə bilib-bilməyəcəyi haqda danışıb.
– Fyuri dekabrın 23-də döyüşməyə hazır deyilsə, “B” planı nədir?
– Qoy kəməri təhvil verib dincəlsin.
– Qərar barədə sizə məlumat verilməsində vaxt məhdudiyyətləri varmı?
– Bu, promouterə, menecerə verilən sualdır. Mənə yox.
– Taysona bir neçə söz demək istərdinizmi?
– Hey, Tayson, bunu etməliyik. Biz bunu dekabrın 23-də etməliyik. Dekabrın 23-də rinqdə görüşənədək.
Oktyabrın 28-də Səudiyyə Ərəbistanında Tayson Fyuri ilə keçmiş UFC çempionu Frensis Nqannu arasında 10 raundluq döyüş keçirilib. Fyuri hakimlərin yekdil olmayan qərarı ilə çətin qələbə qazanıb.
Aut.az
