Azərbaycan futbolu

Azərbaycan – Misir 4:1 – VİDEO

Minifutbol üzrə Azərbaycan milli komandası BƏƏ-nin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti qələbəsini qazanıb.

Aut.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv Misirlə qarşılaşıb.

Görüş millimizin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Qolları Rəvan Kərimov (2), Seymur Məmmədov və Təmkin Xəlilzadə vurublar.

Aktivindəki xallarının sayını 6-ya çatdıran yığmamız qrup birinciliyini təmin edərək 1/8 finala vəsiqə qazanıb.

Azərbaycan millisi qrupdakı sonuncu görüşünü oktyabrın 31-də Küveytə qarşı keçirəcək.