“İnter” Çalhanoğlunun yerinə görün kimi alır – FOTO
Milan “İnter”i “Bavariya”ya satıla biləcək Hakan Çalhanoğluna əvəzləyici axtarışına başlayıb.
Aut.az xəbər verir ki, İtaliya mətbuatının məlumatına görə, “İnter”in prioritetləri siyahısında birinci yerdə “Nitsa”dan olan Hefren Tyuramdır.
“Yuventus” da ona iddia edir, ona görə də “İnter” Çalhanoğlunun gələcək taleyi ilə bağlı məsələyə ən qısa zamanda aydınlıq gətirmək və lazım gələrsə, aktiv hərəkətə keçmək istəyir.
Tyuramın “Nitsa” ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır və 23 yaşlı fransız onu yeniləmək niyyətində deyil. Buna görə də, “Nitsa” çox güman ki, bu yay onu 15-20 milyon avroya satmağa hazır olacaq.
Xatırladaq ki, Tyuramın qardaşı Markus artıq “İnter”də çıxış edir.

Aut.az
