Dünya futboluİtaliya

40 yaşlı Modriçin uzunömürlü karyerasının sirri

“Milan”ın yarımmüdafiəçisi Luka Modriç idmanda uzunömürlülüyünün sirrini açıqlayıb.

40 yaşlı xorvatiyalı bu mövsüm Seriya A -da 33 oyunda iştirak edib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

Aut.az xəbər verir ki, “La Gazzetta dello Sport” qəzeti Modriçin sözlərini sitat gətirib:

“Yaxşı yuxu, yaxşı məşq və hər şeyə diqqət yetirmək kimi bir çox amil var.

Amma bütün bunların mərkəzində futbola olan ehtirasım dayanır”.

Modriç aprel ayında yanaq sümüyünün ikiqat sınığı zədəsi almışdı. O, artıq qoruyucu maska ​​taxır və meydana çıxmağa hazırlaşır. “Kalyari” ilə oyunda meydana çıxa biləcək:

“Artıq komanda ilə məşqlərə qayıtdım və hazıram: həqiqətən oynamaq istəyirəm və artıq maskaya öyrəşməyə başlayıram. Əlbəttə ki, son qərarı məşqçi verəcək”.

Aut.az