Dünya futbolu

Bu da Bekhemin Messiyə ad günü hədiyyəsi – FOTO

İngiltərə millisinin keçmiş kapitanı, hazırda “İnter Mayami” klubunun həmsahibi olan Devid Bekhem komandasının əsas ulduzu, hücumçu Lionel Messini ad günü münasibətilə təbrik edib.

Aut.az xəbər verir ki, o, iyunun 24-də 37 yaşı tamam olan argentinalı superulduza “Catena Zapata” brendindən nəhəng şərab hədiyyə edib.

“Doğum günün mübarək, dostum”, – deyə Bekhem sosial şəbəkə hesabında yazıb.

Bu da Bekhemin Messiyə ad günü hədiyyəsi - FOTO