Beş zorlamada ittiham olunan futbolçunun vəkili bəyanat yaydı
“Arsenal”ın sabiq futbolçusu Tomas Partinin zorlamada ittiham edildiyi barədə məlumat vermişdik.
Yarımmüdafiəçi beş zorlamada ittiham olunur. 32 yaşlı futbolçuya qarşı cinsi təcavüz ittihamı da var. Zorlama faktlarından ikisi bir qadına, üçü ikinci qadına, cinsi təcavüz ittihamı üçüncü qadına aiddir.
Cinayətlərin 2021-2022-ci illər arasında törədildiyi güman edilir. Parti avqustun 5-i çərşənbə axşamı Vestminster Məhkəməsində çıxış etməlidir.
Aut.az xəbər verir ki, məsələ ilə bağlı futbolçunun vəkili Cenni Uiltşir açıqlama yayıb.
“Tomas Parti ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.
O, üç illik istintaqı boyunca polis və Prokurorluqla tam əməkdaşlıq edib.
İndi o, nəhayət ki, adını təmizləmək fürsətini alqışlayır. Davam edən məhkəmə prosesini nəzərə alaraq, müvəkkilim əlavə şərh verə bilməz”, – vəkil bildirib.
Aut.az
