Özü qol vurmadan pley-offa yüksələn ilk komanda
Fransa millisi Avropa və Dünya Çempionatları tarixində qrup mərhələsində özü bir qol belə vurmadan pley-offa yüksələn ilk komandadır.
Aut.az xəbər verir ki, Fransa Avro 2024- də iki oyun keçirib. Niderlandla heç-heçə edən (0:0) yığma avstriyalı müdafiəçi Maksimilian Veberin avtoqolu sayəsində Avstriyaya qalib gəlib.
İndi Didye Deşamın komandasının dörd xalı var. D qrupunda ikinci yerdədir və Deşamın komandası 1/8 finala çıxmaq hüququ əldə edib.
Aut.az
