İngilis əfsanə penalti qərarını tənqid etdi: Biabırçı qərardır
İngiltərə millisinin sabiq müdafiəçisi Qari Nevill almaniyalı hakim Feliks Zvayerin Avro-2024-ün yarımfinalında Niderland ilə oyunda İngiltərənin xeyrinə penalti təyin etməsindən danışıb.
Aut.az xəbər verir ki, əfsanəvi futbolçu referinin qərarını tənqid edib:
“Bir müdafiəçi kimi düşünürəm ki, bu, belə vacib matç bir yana qalsın, istənilən oyunda tamamilə biabırçı qərardır. O, təbii olaraq zərbənin qarşısını almağa çalışırdı. Bu, penalti deyil. Mənim üçün penaltiyə belə yaxın deyil. Və qeyd etməliyəm ki, İngiltərə oyunçularından çox az bir qismi penalti istədi”.
Qeyd edək ki, İngiltərə millisi Niderlanda 2:1 hesabı ilə qalib gələrək finala yüksəlib. “Üçaslanlar” iyulun 14-də baş tutacaq həlledici görüşdə İspaniya ilə qarşılaşacaq.
Aut.az
