Mbappe yoldaşlıq görüşündə xüsusi maskada oynadı, dubl etdi
Fransa millisinin hücumçusu Kilian Mbappe Almaniyanın “Paderborn” komandası ilə yoldaşlıq oyununda iştirak edib və iki qol vurub.
Aut.az xəbər verir ki, futbolçu burnu qırıldığı üçün xüsusi maskada çıxış edib. Bu barədə RMC Sport məlumat yayıb.
Mənbənin məlumatına görə, qarşılaşma hər biri 30 dəqiqə olmaqla iki hissədən ibarət olub və komandalar qarışıq olub.
Xatırladaq ki, Mbappe 2024-cü il Avropa çempionatının qrup mərhələsinin 1-ci turunun Avstriya ilə görüşündə fransızların 1:0 hesablı qələbəsi ilə başa çatan matçda burnunu sındırmışdı.
Aut.az
