Avropa Çempionatı

Yamal onu belə trolladı: İndi danış – VİDEO

İyulun 9-da Almaniyanın Münhen şəhərində İspaniya və Fransa arasında Avro 2024-ün yarımfinal matçı keçirilib.

Oyun İspaniyanın qələbəsi ilə başa çatıb – 2:1. 21-ci dəqiqədə 16 yaşlı ispaniyalı Lamin Yamal qol vuraraq hesabı bərabərləşdirib.

Aut.az xəbər verir ki, matçdan sonra o, oyunöncəsi mətbuat konfransında “Yamal finalda oynamaq istəsə, indiyə qədər etdiklərindən daha çoxunu etməli olacaq” deyən Adrien Raboya cavab vermək fürsətini əldən verməyib. Yamal da öz növbəsində qələbədən sonra kameraya yaxınlaşaraq Rabonu trollayıb və “İndi danış! İndi danış!” deyib.

Aut.az