Avropa Çempionatı

AVRO-2024: Portuqaliya 1/4 finalada

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Portuqaliya və Sloveniya yığmaları arasında 1/8 final görüşü başa çatıb.

Aut.az xəbər verir ki, qarşılaşmanın əsas və əlavə vaxtı heç-heçə yekunlaşıb – 0:0.

“Frankfurt Arena” keçirilən qarşılaşmada qalib penaltilər seriyasından sonra bəlli olub.

Burada daha dəqiq oynayan (3:0) portuqaliyalılar 1/4 finala yüksələrək Fransaya rəqib olublar.