Köhnə formatın əleyhinə çıxdı: Gürcüstana baxın
Almaniya yığmasının baş məşqçisi Yulian Naqelsmann Avropa çempionatının 16 komandalı köhnə formata qayıtması ilə bağlı sualı cavablandırıb.
Aut.az xəbər verir ki, Naqelsmannın sözlərini “Bayern & Germany” sitat gətirib.
“Mən belə düşünmürəm. Kiçik ölkələrin belə böyük turnirdə iştirak etməsi vacibdir. Həmişə maraqlıdır. Bir misal Gürcüstandır. Hər oyunda daha yaxşı olurlar, bu, inanılmazdır. Bu, xüsusi turnirdir və çox yaxşıdır”, – Naqelsmann bildirib.
Xatırladaq ki, Avro-2024-ün qrup mərhələsinin yekunlarına əsasən, Gürcüstan millisi dörd xal toplayaraq turnirin pley-off mərhələsinə çıxıb.
2016-cı ildə Fransada keçirilən Avropa çempionatından sonra Avropa çempionatında iştirakçıların sayı artıb.
Aut.az
