Avropa ÇempionatıAlmaniya

Noyer Almaniya millisinin tarixinə düşdü

Almaniya millisinin qapıçısı Manuel Noyer Bundestimin Avropa Çempionatlarındakı oyun sayındakı rekordçusu olub.

Aut.az xəbər verir ki, 38 yaşlı futbolçu buna Avro-2024-ün 1/8 final mərhələsinin Danimarka ilə qarşılaşmasında meydana çıxmaqla nail olub. Bu görüş onun turnir tarixindəki 19-cu oyunu olub.

Noyer Almaniya milli komandasının Avropa çempionatlarında keçirdiyi matçların sayına görə uzun müddət rekordçu olan Bastian Şvaynştaygeri (18 oyun) geridə qoyub.

Aut.az