Avropa Çempionatı

Alman mətbuatı ispan futbolçudan üzr istədi

Alman mətbuatı fanatlarını ispan müdafiəçi Mark Kukurellaya münasibətinə görə tənqid edib və ondan üzr istəyib.

Aut.az xəbər verir ki, bu barədə Almaniya mətbuatının reaksiyasını toplayan AS portalı məlumat yayıb. AVRO-2024-ün yarımfinalında İspaniya – Fransa matçında (2:1) yerli azarkeşlər Kukurellanı fitə basıblar.

“Kicker” nəşri alman azarkeşlərin reaksiyasını “utancverici, axmaq və ədalətli oyun ideyasına zidd” adlandırıb.

“Die Welt” ispan dilində açıq məktub şəklində üzrxahlıq dərc edib: “Bir çox almanlar adından yarımfinalda Kukurellaya qarşı qeyri-idman davranışına görə üzr istəyirik. Bu, qeyri-idman idi, ədalətsiz idi və həm də məsuliyyətin alman millisindən ispaniyalıya sadə transferi idi”.

Xatırladaq ki, Avro-2024-ün 1/4 final mərhələsinin İspaniya – Almaniya matçında (2:1) mübahisəli epizod baş verib: matçın 107-ci dəqiqəsində top İspaniyanın cərimə meydançasında Mark Kukurellanın əlinə dəyib. Lakin görüşün baş hakimi Entoni Teylor bu epizodda qayda pozuntusu görməyib.

Aut.az