Dünya futbolu

Messi karyerası ilə bağlı önəmli qərarı açıqladı: Sonuncudur

Argentina millisinin hücumçusu Lionel Messi 2024-cü il Amerika Kubokunun onun karyerasında sonuncu olacağını deyib.

Aut.az xəbər veririk, “Mundo Deportivo” Messinin sözlərindən sitat gətirib.

“Həqiqət budur ki, bu, bizim üçün çətin Amerika Kuboku oldu, çünki komandalar həmişəkindən daha bərabər oynayırlar, çox pis meydançalar, çox yüksək temperatur var… Mənim üçün bu, sonuncu Amerika Kubokudur. Biz Di Maria və Otamendi ilə Dünya Kubokunda oynadıq, indi isə Amerika kubokunda son matçları birlikdə oynayırıq və bundan maksimum həzz alırıq”, – Messi bildirib.

Lionel Messinin kapitanı olduğu Argentina Amerika kubokunun finalında Kolumbiya ilə qarşılaşacaq. Turnirin final oyunu iyulun 15-nə təyin edilib. Oyun Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.

Aut.az