Keyn rekordçu oldu
İngiltərə yığmasının hücumçusu Harri Keyn Avropa çempionatının pley-off mərhələsinin ən yaxşı bombardiri olub.
Aut.az xəbər veirr ki, 30 yaşlı forvard buna Avro-2024-ün yarımfinalı çərçivəsində baş tutan Niderland ilə matçda (2:1) 18-ci dəqiqədə penaltidən fərqlənməklə nail olb. Kanenin AÇ-lərin pley-off mərhələsində qol sayı 6-a yüksəlib.
O, 5 qol vuran Fransa millisinin üzvü Antuan Qrizmannı üstələyərək rekordçu olub.
Aut.az
