Xorvatiya – Albaniya matçının ən yaxşı futbolçusu müəyyənləşdi
Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin II turunda baş tutan Xorvatiya – Albaniya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Aut.az xəbər verir ki, xorvatların heyətində Andrey Kramariç qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
33 yaşlı hücumçu Albaniya ilə matçda komandasının bərabərlik qolunun müəllifi olub.
