“Qızıl top”un ikiqat qalibi ayrı-seçkilikdən danışdı
“Barselona”nın və İspaniya millisinin hücumçusu Aleksiya Putelyas idmanda ayrı-seçkilikdən danışıb.
Aut.az xəbər verir ki, onun sözlərini AS nəşri sitat gətirib.
“İdmanda sistemli ayrı-seçkilik var və bunun öhdəsindən gəlmək üçün güclü şəxsiyyət lazımdır. Qarşılaşdığımız problemləri aradan qaldırmaq və mümkün olan ən yaxşı yola nail olmaq üçün”, – Putelyas bildirib.
30 yaşlı Putelyas karyerası ərzində iki dəfə “Qızıl top”u qazanıb, həmçinin 2023-cü ildə İspaniya millisi ilə dünya çempionu olub.
Aut.az
