“Real”a buna görə aşiq olub
“Formula 1” pilotu Fernando Alonso “Real”a azarkeşlik etməsinin səbəbini açıqlayıb.
Aut. az xəbər verir ki, “Aston Martin”in şərəfini qoruyan 43 yaşlı ispaniyalı bunun irsi keçdiyini deyib. Alonso bildirib ki, atası onu daim paytaxt klubunun oyunlarına aparıb və nəticədə “Real” azarkeşinə çevrilib:
“Uşaqlıqdan bu komandanın azarkeşiyəm. Atam onların fanatı idi. Mən də matçlara gedə-gelə “Real”a aşiq oldum”.
Qeyd edək ki, Fernando Alonso “Formula 1” üzrə dünya çempionatının ikiqat qalibidir.
