Almaniya

Yayda alınmadı, qışa qaldı

“Bayern” qışda heyətə cəlb edəcəyi ilk futbolçunu müəyyənləşdirib.

Aut.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Fulhem”dən yarımmüdafiəçi Joao Palinya üçün danışıqlara başlayıb. Komandanın məşqçilər korpusunun diqqətini cəlb edən  28 yaşlı portuqaliyalının mövsümün ikinci yarısını Münhen təmsilçisində keçirmək şansı var.

Məsələ burasındadır ki, tərəflər transfer pəncərəsinin son günündə razılığa gəlsələr də, keçid son anda baş tutmayıb.

Qeyd edək ki, ötən yaydan Premyer Liqa təmsilçisinin şərəfini qoruyan Joao londonluların heyətində 43 matçda 5 qolla yadda qalıb.