“Barselona” və “Real”ın əfsanələri üz-üzə gələcək: Görün kimlər oynayacaq
“Barselona” və “Real”ın əfsanələri arasında oyun keçirəcək.
Aut.az xəbər verir ki, görüş Yaponiyada keçiriləcək. Bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
Matç dekabrın 15-də Tokiodakı “Ajinomoto” stadionunda keçiriləcək.
“Barsa”da Xavi, Andres İnyesta, Rafael Markes, Xavyer Maskerano, Rivaldo, Boyan Krkiç, Xavyer Saviola, Lüdovik Jüli, Adriano, Qayzka Mendieta və başqaları çıxış edəcək. “Barselona”nın baş məşqçisi Albert Ferrer olacaq.
“Real” tərəfinin heyəti isə hələ rəsmən açıqlanmayıb.
Aut.az
