İspaniyan yığmasının tarixində ən qoca o oldu
Müdafiəçi Xesus Navas 2024-cü il Avropa çempionatının qrup mərhələsinin üçüncü turunun Albaniya yığması ilə oyununda İspaniya millisinin start heyətinə çıxıb.
Aut.az xəbər verir ki, “OptaJose”nın məlumatına görə, 38 yaş 216 günlükdə olan Navas İspaniya yığmasının heyətində böyük beynəlxalq turnirdə (Dünya Kuboku və Avropa Çempionatı) çıxış edən ən yaşlı futbolçu olub.
Navas 2006-cı il Dünya Çempionatında Səudiyyə Ərəbistanı ilə matçda İspaniya yığmasında 36 yaş 248 günlükdə oynamış qapıçı Santyaqo Kanisaresin rekordunu geridə qoyub.
Aut.az
