Avropa Çempionatı

Modriç adını tarixə yazdı

Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç Avropa çempionatlarının tarixinə düşüb.

Aut.az xəbər verir ki, o, turnir tarixində qol vuran ən yaşlı futbolçu olub.

Modriç bu uğura Avro-2024-ün qrup mərhələsinin 3-cü turunun İtaliya ilə matçında nail olub. “Real”ın yarımmüdafiəçisi 55-ci dəqiqəsində fərqlənərək adını tarixə yazıb.

Modriç (38 yaş 289 gün) 2008-ci il Avropa çempionatında qol vuran Avstriya millisinin sabiq üzvü İvitsa Vastikin nailiyyətini (38 yaş 257 gün) geridə qoyub.

Aut.az