Türkiyə Niderlanda, İngiltərə İsveçrəyə qarşı
Bu gün Avropa çempionatında 1/4 final mərhələsinin son oyunları keçiriləcək.
Aut.az xəbər verir ki, günün ilk matçı İngiltərə və İsveçrə komandaları arasında baş tutacaq. İtaliyalı referi Daniele Orsatonun idarə edəcəyi görüş saat 20:00-da başlayacaq
Mərhələnin son qarşılşamasında Türkiyə millisi Niderlandla üz-üzə gələcək. Qitə çempionatında uğurlu çıxışı davam etdirmək niyyətində olan “ay-ulduzlar” bu görüşdə ümidlər böyükdür. Maraqla gözlənilən oyunur fransalı referi Klement Turpinin idarə edəcək. Berlindəki Olimpiya stadionunda baş tutacaq qarşılaşma saat 23:00-da başlayacaq
AVRO-2024: 1/4 final
6 iyul
20:00 İngiltərə – İsveçrə
Baş hakim: Daniele Orsato (İtaliya).
Düsseldorf, “Esprit Arena”.
23:00 Niderland – Türkiyə
Baş hakim: Klement Turpin (Fransa).
Berlin, Olimpiya stadionu.
