Avropa Çempionatı

Alman fanatlarla ingilislər əlbəyaxa oldular – VİDEO

Almaniya millisinin Avro-2024-ün 1/4 finalında İspaniyaya uduzmasından (1:2) sonra Düsseldorfda almaniyalı azarkeşlər ilə britaniyalı fanatlar arasında kütləvi dava baş verib.

Aut.az “Daily Mail”ə istinadən xəbər verir ki, ingilislər ispanların məğlubiyyəti fonunda almanları təxribata çəkməyə başlayıblar və eyni zamanda onlara “Almanların müharibədə qalib gəldiyini heç görmüsünüzmü?” – deyə qışqırıblar.

Bu, alman azarkeşləri hirsləndirib və bu, kütləvi dava ilə nəticələnib. Dava almanlar qarşı tərəfə boş qədəhlər atıblar. İngilislər isə pivə dolu stəkanlarla cavab verməkdən çəkinməyiblər.

Heybət