1/8 finalın ən yaxşı qoluna namizədlər
UEFA-nın mətbuat xidməti Avropa çempionatının 1/8 final mərhələsinin ən yaxşı qolu üçün istifadəçi səsverməsini açıq elan edib.
Aut.az xəbər verir ki, dörd namizədin siyahısına ingilis Cude Bellinqem (İngiltərə – Slovakiya, 2:1 d.v.), ispanlar Niko Uilyams və Fabian Ruiz (İspaniya – Gürcüstan, 4:1), eləcə də isveçrəli Ruben Varqasın (İsveçrə – İtaliya, 2:0) vurduğu qollar daxildir.
2024-cü il Avropa çempionatının 1/8 final mərhələsinin oyunlarının nəticələrinə əsasən, İspaniya, Almaniya, Portuqaliya, Fransa, Niderland, Türkiyə, İngiltərə və İsveçrə komandaları turnirdə qələbə uğrunda mübarizəni davam etdirir. Gürcüstan, Danimarka, Sloveniya, Belçika, Rumıniya, Avstriya, Slovakiya və İtaliya yığmaları bu mərhələdə qitə birinciliyində çıxışlarını başa vurublar.
Aut.az
