Avropa Çempionatı

Albaniya – İspaniya oyununun ən yaxşı futbolçusu açıqlandı

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin III turunda baş tutan Albaniya – İspaniya matçının (0:1) ən yaxşı futbolçusu müəyyənləşib.

Aut.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, “buğalar”ın heyətində Ferran Torres qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

24 yaşlı hücumçu görüşdə yeganə qolun müəllifi olub.