Avropa Çempionatıİtaliya

Balotelli italyanları dəli etdi: Bu, bizim başımıza gəlsəydi

İtaliya millisinin keçmiş hücumçusu Mario Balotelli maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, o, Avro-2024-ün seçmə mərhələsinin son turu çərçivəsində keçirilən Ukrayna – İtaliya matçının (0:0) son dəqiqələrində yaşanan mübahisəli epizodu şərh edib:

“Bu epizodda mənim xeyrimə penalti verməsəydilər, dəli olardım. Bu, mütləq penaltidir. Əlbəttə ki, Avropa Çempionatına getməyimiz yaxşıdır, amma belə bir an başımıza gəlsə, reaksiyamızın necə olacağını düşünün. Kristante Mudrikə qarşı kobudluq edir. Ancaq Donnarumma penalti zərbəsini dəf edə bilərdi”.

Xatırladaq ki, Ukrayna – İtaliya matçının son dəqiqələrində Mixail Mudrik İtaliyanın cərimə meydançasında topu qəbul etsə də, Brayan Kristante dərhal ona qarşı kobudluq edib. Hakim penalti təyin etməmək qərarına gəlib.