Avropa Çempionatı

İsveçrədən milli rekord: Dəqiqliyə baxın

Avropa çempionatının 1/8 final mərhələsinin ilk oyununda İsveçrə İtaliyanı 2:0 hesabı ilə məğlub edib.

Aut.az xəbər verir ki, İsveçrə yığması bu görüşdə 92 faiz dəqiqliklə ötürmə edib.

“Opta Sports”un məlumatına görə, bu statistik nəticə 1966-cı ildən bəri İsveçrənin böyük turnirlərdə milli rekordu olub.

Qeyd edək ki, İsveçrə millisi Avro 2024-ün 1/4 finalında İngiltərə – Slovakiya cütünün qalibi ilə qarşılaşacaq.  Xatırladaq ki, İsveçrə Avro-2024-də çıxışına A qrupunda başlayıb. Murad Yakının yetirmələri 5 xal toplayaraq qrupda ikinci yeri tutub.

Aut.az