İngiltərə mətbuatını ittiham etdi: Rəqiblərə məlumat ötürürlər
İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt İngiltərə mətbuatı ittiham edib.
Aut.az xəbər verir ki, Sautqeyt mətbuatı Avropa çempionatının oyunlarından əvvəl vacib məlumatlar sızdırmaqda ittiham edib.
“Biz futbol turnirində qalib gəlməyə çalışırıq və məşqi bitirdikdən iki saat sonra öz mediamız taktiki məlumatları sızdırır. Onlar məlumatı düşərgədən aldıqlarını deyirlər. Bəlkə də, belədir, amma bu komandaya necə kömək edir?
Bizdən fərqli oynamağımızı gözləyə bilən isveçrəlilərə hansı taktika istiqamətində hazırlaşdığımızı 3 gün əvvəl sızdırmaq komandaya necə kömək edir?
Bunu ona görə deməliyəm ki, biz belə bir vəziyyətdə işləməliyik. Çətindir, olması lazım olduğundan daha çətindir, lakin biz hələ də irəliləyirik”, – Sautqeytin sözlərindən talkSPORT sitat gətirib.
Xatırladaq ki, Avropa çempionatının yarımfinalında İngiltərə Niderlandla qarşılaşacaq.
Aut.az
