Dünya futbolu

8 ildən sonra ilk dəfə: Bu oyun Messi üçün tarixi oldu

İyunun 30-na keçən gecə ABŞ-da Amerika Kubokunun A qrupunda 3-cü turun oyunu keçirilib/

Aut.az xəbər verir ki, Argentina Peruya 2:0 hesabı ilə qalib gəlib.

Argentinanın ulduz hücumçusu Lionel Messi bütün oyunu ehtiyat oyunçular skamyasında keçirib.

Messi səkkiz ildən sonra ilk dəfə böyük turnirlərdə Argentina millisi ilə matçda ehtiyat oyunçular skamyasında qalıb.

Daha əvvəl məlumat verilmişdi ki, forvardın sağ ayağının kövrək əzələsi zədələnib.

Aut.az