Dünya futbolu

“Qarabağ”ın rəqibi səfərdə qazandı

“Qarabağ”ın Avropa Liqasının əsas mərhələsindəki rəqibi Rumıniya FKSB klubu ölkə çempionatında növbəti matça çıxıb.

Aut.az xəbər verir ki, Rumıniya liqasının 11-ci turunda FKSB səfərdə “Sepsi”yə 1:0 hesabı ilə qalib gəlib.

Hazırda “Qarabağ”ın rəqibi 13 xalla 10-cu pillədə qərarlaşıb.

“Qarabağ” – FKSB matçı yanvarın 23-də Tofiq Bəhramov stadionunda keçiriləcək və görüşə 21:45-də start veriləcək.