Dünya futbolu

“Neftçi”nin sabiq baş məşqçisindən şok iddia: Ronaldo karyerasını bu tarixdə bitirəcək

Ötən mövsüm Səudiyyə Ərəbistanında Kriştianu Ronaldonun qonağı olan “Yuventus”, “Çelsi” və Rumıniya millisinin sabiq hücumçusu, “Neftçi”nin keçmiş baş məşqçisi  Adrian Mutu “Əl-Nəsr”in 39 yaşlı forvardı haqda şok iddia irəli sürüb.

Aut.az xəbər verir ki, Mutu onun yaxın gələcəkdə karyerasını başa vurmayacağını bildirib və səbəbini də açıqlayıb.

Mutunun sözlərinə görə, Ronaldo böyük oğlu Kristiano Jr ilə birlikdə rəsmi matçda oynamaq istəyir.

Kiçik Ronaldonun 14 yaşı var və “Əl-Nəsr”in gənclər komandasında oynayır.

“Bu, onun əsl motivasiyasıdır. O, oğlu ilə rəsmi oyun keçirmək istəyir və buna görə də təslim olmur.

“Əl-Nəsr”də bunu etmək olar. Məsələn, “Real”da bunu həyata keçirmək daha çətin olardı. Ancaq mövsümün yarısını onların birlikdə oynaması mənə qeyri-mümkün görünmür”, – “Daily Mail” Mutudan sitat gətirib.

Aut.az