“Zirə”dən ayrıldı, Ermənistan klubuna keçdi
“Zirə”dən ayrılan Vladislav Kulaç Ermənistanda oynayacaq.
Aut.az xəbər verir ki, Ukraynalı hücumçu “Pünik”ə keçib. 31 yaşlı forvardla bir illik müqavilə imzalanıb. Bu barədə Ermənistan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Kulaç 2023-cü ilin yanvarından bu ilin mayınadək “Zirə”də oynayıb. O, Premyer Liqada 34 oyunda 5 qol vurub.
Aut.az
