Dünya futbolu

Finalların kralı: inanılmaz statistika

Leo Messi statistikanı darmadağın edir. “Mayami”də 6 matçda 10 qol vurub və 1 məhsuldar ötürmə edib. Ancaq bu, ən şokedici statistika deyil.

Messi karyerası boyunca 48 finalda oynayıb. O, bu finallarda  35 qol vurub, 15 məhsuldar ötürmə edib.

48 finalda 50 məhsuldarlıq əlçatmaz səviyyə kimi görünür. Çünki başqa kiminsə heç 40 xalı da yoxdur. Bu adam heç vaxt finala çıxmır.

Başqa bir inanılmaz statistika: Messi Liqa Kubokunun qrup mərhələsində üç qol vurub, 1/16 və 1/8-də iki dəfə fərqlənib, daha sonra 1/4 final, yarımfinal və finalda qol vurub.

Dünya çempionatında da belə olmuşdu: qrupda iki qol, 1/8, 1/4 və 1/2-də bir, daha sonra isə finalda dubl.

Aut.az