Dünya futbolu

Karyerasında ən erkən qolu vurdu – VİDEO

Lionel Messi karyerasının ən erkən qolunu vurub.

Aut.az xəbər verir ki, Argentina millisinin hücumçusu Avstraliya ilə yoldaşlıq görüşündə (1:0, ikinci hissə) hesabı açıb. Qol start fitindən 1 dəqiqə 19 saniyə sonra vurulub.

Bu, Lionelin karyerasında ən erkən qoldur. Əvvəllər onun ən erkən qolu 2018-ci ildə “Çelsi”yə vurduğu idi. Onda Leoya fərqlənmək üçün start fitindən  sonra 2 dəqiqə 7 saniyə lazım olmuşdu.

Beləliklə, Messi karyerasında ilk dəfə artıq matçın ikinci dəqiqəsində qol vurub. İndi onun hesabına yalnız birinci dəqiqədə qol yoxdur.