Boks

Üzüm dağılıb, Usikin də çənəsi sınıb: Tayson revanş barədə

Britaniyalı boksçu Tayson Fyuri Aleksandr Usiklə mümkün revanş görüşü ilə bağlı sualı cavablandırıb.

Aut.az xəbər verir ki, Usik Taysonu hakimlərin yekdil olmayan qərarı ilə məğlub edib

“Biz mübarizəni yenicə başa vurduq. Üzümə bax, dağılıb. Usikin də çənəsi sınıb, xəstəxanaya getdi. Biz 12 raund ərzində bir-birimizi döydük, indi mən evə gedəcəm, bir az yeyəcəm, bir-iki bakal pivə içəcəyəm, ailəmlə oturacağam, iti gəzdirəcəyəm və yalnız bundan sonra nə edəcəyimi düşünəcəyəm”, – Fyuri mətbuat konfransında deyib.

İndi Usikin 22 döyüşdə 22 qələbəsi var. Fyuri 36-cı döyüşündə ilk dəfə məğlub olub.

Aut.az