Boks

Taysona uduzan Mahmudovdan Coşuaya çağırış: Gözləyirəm, qardaş

Arslanbek Mahmudov (21-2, 19 KO) keçmiş dünya çempionu Entoni Coşuanı (29-4, 26 KO) döyüşə çağırıb.

Aut.az xəbər verir ki, bu barədə “The Ring” məlumat verib.

Tayson Fyuriyə uduzan rusiyalı boksçu başqa bir britaniyalı ulduzla döyüşmək istəyir. O, hətta potensial döyüş üçün ilkin tarix də müəyyən edib.

“Salam, Coşua, necəsən, dostum? Eşitdim ki, noyabr ayında Ər-Riyadda döyüşmək istəyirsən. Ümid edirəm ki, mənə verdiyin sözü unutmamısan. Kişi sözü. Səni gözləyirəm, qardaş. Səni gözləyirəm. Mənə xəbər ver”, – deyə Mahmudov bildirib.

Aut.az