“Dreyk lənəti” yenə iş başında: Növbəti qurbanı o oldu
Kanadalı reper Dreykin boks üzrə mütləq dünya çempionatının titulu uğrunda döyüşdə britaniyalı Tayson Fyurinin ukraynalı Aleksandr Usik üzərində qələbəsinə 565 min dollar mərc etdiyi barədə xəbər vermişdik.
Məlum olduğu kimi, görüş ukraynalı boksçunun qələbəsi ilə başa çatıb. Beləliklə, “Dreyk lənət”i bu dəfə də işə düşüb.
Mütəmadi olaraq idman tədbirlərinə böyük mərclər edən kanadalı musiqiçi “lənət”i ilə tanınır. Dəstəklədiyi və ya mərc etdiyi idmançılar və komandalar tez-tez uduzurlar.
Xüsusilə, bu il Dreykin ilk qurbanı UFC çempionu cənubi afrikalı Plessis Drikus olub. O, Drikus Şon Striklendə məğlub olduğu üçün 700 min dollar itirib. Keçmiş UFC çempionu Entoni Coşua ilə Frensis Nqannunun boks görüşündə ikincinin məğlubiliyyətinə səbəb olmaqla yanaşı, 600 min dollar itirib.
Digər “Dreykin lənətinin qurbanları” arasında irlandiyalı döyüşçü Konor Makqreqor, (Həbib Nurməhəmmədova uduzub), Kanada milli futbol komandası (Qətərdə keçirilən dünya çempionatından heç bir qələbə qazana bilməyib), Onun qurbanları arasında “Formula 1” pilotu Şarlz Lekler (yarışda liderlik etdiyi zaman mühərrik xarab olub) və tennisçi Serena Williams (bir il ərzində dörd Böyük Dəbilqənin heç birini qazana bilməyib və Dreykin izlədiyi US Open-in yarımfinalında uduzub) da var.
Aut.az
