Voleybol

Azərbaycan millisi ikinci oyununda da məğlub oldu

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında ikinci oyununu keçirib.

Aut.az xəbər verir ki, yığma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində Ukrayna komandası ilə üz-üzə gəlib.

Voleybolçularımız 0:3 (16:25, 16:25, 23:25) hesabı ilə məğlub olublar.

Komandamız ilk oyunda Rumıniyaya uduzub – 0:3.