Türkiyə Avro-2028-dən niyə imtina edib?
Türkiyə futbol üzrə Avropa çempionatını təşkil etmək istəyindən geri çəkilməyib.
Aut.az xəbər verir ki, bu barədə DHA məlumat yayıb.
Bildirlir ki, 2028 və 2032-ci ildə keçiriləcək turnirlərdən birini qəbul etməyi düşünən Türkiyə Futbol Federasiyası (TFF) seçimini edib. Qurum Avro-2028-i deyil, bundan 4 il sonra yarışı qəbul etmək qərarına gəlib.
Türkiyə qitə çempionatını təkbaşına təşkil etməyəcək. Avro-2032-ni qəbul etmək istəyən başqa bir ölkə – İtaliya ilə aparılan danışıqlardan sonra turniri ortaq keçirmək qərarı alınıb. TFF-nin təklifini qarşı tərəf müsbət cavablayıb. Federasiyalar bununla bağlı UEFA-ya müraciət ünvanlayıblar.
Türkiyə tərəfi Avro-2028 üçün şansları kifayət qədər yüksək olan Böyük Britaniya və İrlandiya ilə rəqabət aparmaqdansa, Avro-2032-ni qəbul etməyi üstün tutub.
Qeyd edək ki, İngiltərə mətbuatı Türkiyənin iqtisadi problemlərə görə Avro-2028-in ev sahibliyindən imtina etdiyi barədə iddia yayımlamışdı.
