Avropa Çempionatı

Mbappenin durumu necədir? – Təcili əməliyyat olundu

Fransa millisinin hücumçusu Killian Mbappe Avro-2024-ün qrup mərhələsinin 1-ci turunun Avstriya ilə oyunundan (1:0) sonra xəstəxanaya yerləşdirilib.

Aut.az xəbər verir ki, bu barədə “L’equipe” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Mbappenin burnu qırılıb. O, təcili yardım maşını ilə stadiondan Düsseldorfdakı xəstəxanaya aparılıb və orada təcili əməliyyat olunub.

Fransa millisinin baş məşqçisi Didye Deşam da Mbappe barədə danışıb: Fransız mütəxəssis qısa şəkildə bu sözləri deyib: “Mbappe yəqin ki, burnunu sındırıb”.

Qeyd edək ki, 25 yaşlı hücumçu 85-ci dəqiqədə hava mübarizəsi zamanı üzünü avstriyalı müdafiəçinin kürəyinə çırpıb və burnundan zədə alıb. Qanaxma dayanmadığı üçün bundan sonra onu Olivye Jiru əvəzləyib.

Aut.az